
30.05.2024 / 14:39
Ukrayna 2022-ci ildən bəri nə qədər xarici yardım alıb? - MƏBLƏĞ
49130
2022-ci ildən bəri Ukrayna 85 milyard dollardan çox xarici maliyyə yardımı alıb.
Valyuta.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
Bu ilin ilk beş ayının nəticələrinə əsasən, Kiyev 11,8 milyard dollar maliyyə dəstəyi alıb. Ən böyük donorlar ABŞ, Avropa İttifaqı, Yaponiya, Kanada və Beynəlxalq Valyuta Fondu (BVF) olub.
İki il ərzində Ukrayna həmçinin daxili dövlət istiqrazlarının buraxılması hesabına büdcəyə əlavə 28 milyard dollar cəlb edə bilib.
Ötən gün Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkə 2024-cü ildə Rusiya Bankının dondurulmuş aktivlərindən 1,7 milyard avro gəlir əldə edəcəyini gözləyir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay