Portağal suyunun qiyməti rekord həddə çatır - Səbəb nədir?
Portağal suyunun qlobal qiymətləri əmtəənin ən böyük ixracatçısı olan Braziliyada pis hava şəraiti və ağac xəstəliyi səbəbindən rekord həddə çatıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
İstehsalçılar artıq içki hazırlamaq üçün digər sitrus meyvələrindən istifadə etmək barədə düşünməyə başlayıblar. Əsas namizəd ağacları iqlim dəyişikliyinə daha davamlı olan naringilərdir.
"Biz heç vaxt belə bir şey yaşamamışıq, hətta şiddətli şaxtalar və ya güclü qasırğalar zamanı bu olmayıb", deyə Beynəlxalq Meyvə və Tərəvəz Şirələri Assosiasiyasının (IFU) prezidenti Kees Kuls bildirib.
Son 12 ayda portağal şirəsinin bazar qiymətləri 70%-dən çox artıb. Keçən həftə qiymətlər bir funt dondurulmuş konsentrat üçün rekord həddə - 4,56 dollara yüksəlib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay