Tramp təyyarəsini satdı – 10 milyon dollara
Yenidən ən yüksək dövlət kürsüsü uğrunda mübarizə aparan keçmiş ABŞ prezidenti Donald Tramp məhkəmə xərclərinin yüksək olması ilə əlaqədar təyyarələrindən birini satıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, “Cessna Citation X” markalı bu təyyarədən Tramp 2016-cı il seçki kampaniyası zamanı tez-tez istifadə edib. Dəyəri 10 milyon dollar olan təyyarəni İran mənşəli tikinti maqnatı və Trampın əsas donoru Mehrdad Moayedi alıb.
Qeyd edək ki, Trampın Kapitoliyə hücum, gizli sənədlərin saxlanması və maliyyə sənədlərinin saxtalaşdırılması da daxil olmaqla bir neçə hüquqi prosesdə adı hallanır.
Xatırladaq ki, aprelin sonunda “Bloomberg” agentliyi Trampın seçki kampaniyasının maliyyə hesabatlarına istinad edərək, onun vəkillərin haqqını ödəmək üçün vəsait çatışmazlığı ilə üzləşə biləcəyini bildirmişdi. Nəşr həmçinin Trampın vəkillik xərclərini hələlik donorların ianələrini qəbul edə bilən “Amerikanı xilas et” siyasi fəaliyyət komitəsi sayəsində ödədiyini qeyd etmişdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay