Dünya
29.05.2024 / 17:14
Almaniya və Çexiya Aİ-yə Rusiya enerji resurslarıyla bağlı çağırış etdi
48995
Berlin və London Avropa İttifaqını Rusiyadan qaz, neft və nüvə materiallarının tədarükünün tamamilə aradan qaldırılması yollarını və vasitələrini hazırlamaq üçün işçi qrup yaratmağa çağırıb.
Valyuta.az xəbər verir ki, Bloomberg bu barədə Almaniyanın İqtisadiyyat naziri Robert Habek və Çexiyanın ticarət naziri Yozef Sikelanın Belçikanın energetika naziri Tinne van der Stratenə məktubuna istinadən məlumat yayıb.
Nazirlərin fikrincə, Avropa İttifaqı öz enerji suverenliyi və təhlükəsizliyi naminə Rusiyadan qaz, neft və radioaktiv materialların alışını sistemli şəkildə azaltmağa davam etməlidir.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay