RF Maliyyə Nazirliyi büdcədən gəlir əldə etməyin yeni yolunu tapdı
Rusiya Federasiyasının büdcəsi yeni bir növ repo əməliyyatları (qiymətli kağızların eyni vaxtda geri alınması haqqında razılaşma ilə satışı) aparmaqla əlavə gəlir əldə edə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Nəşr qeyd edir ki, bu təşəbbüs artıq Rusiya Federasiyasının Nazirlər Kabinetində nəzərdən keçirilir, onlar Federal Xəzinədarlığın banklara qiymətli kağızların verilməsinə icazə vermək istəyirlər; bundan əvvəlsə yalnız borc verilə bilərdi.
Bildirilir ki, yenilik sayəsində büdcə sistemi ildə 200 milyard rubla qədər vəsait əldə edə biləcək. Ekspertlər əmindirlər ki, yeni alət dövlət vəsaitlərini daha səmərəli idarə etməyə kömək edəcək.
İPEİ Prezident Akademiyasının İnstitutların və Maliyyə Bazarlarının Təhlili Laboratoriyasının rəhbəri Aleksandr Abramov qeyd edib ki, xəzinədə çox vaxt istifadə olunmamış vəsaitlər vahid hesaba daxil olur və orada bir neçə gün qalır. İl ərzində belə balansın orta məbləği təxminən 1-1,5 trilyon rubl təşkil edir. Bu, kifayət qədər böyük məbləğdir, ona görə də nazirlik bu vəsaitdən gəlirlərin cəlb edilməsi üçün istifadə etməyi planlaşdırır.
Ötən gün Bloomerg xəbər verib ki, ABŞ, Almaniya, Fransa, Yaponiya, İtaliya, Böyük Britaniya və Kanadanın daxil olduğu G7-nin maliyyə nazirləri Rusiyanın Aİ və ABŞ- dakı aktivlərinin dondurulmuş vəziyyətdə qalacağını elan etmək niyyətindədirlər. Moskva xüsusi əməliyyatdan Ukraynaya dəymiş ziyanı kompensasiya edəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay