BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7774
  • RUB
    1.8994
  • TRY
    0.047
  • GBP
    2.1344
48836

Türkiyənin enerji mərkəzinə çevrilməsi istiqamətində mühüm addımların atıldığı Qabar dağında neft hasilatı artır. Hazırda bölgədə gündəlik hasilat 42 min 500 barelə çatıb. Bu rəqəmin iyun ayına qədər 50 min barelə yüksəldilməsi gözlənilir.

Son vaxtlar keçirilən əməliyyatlar nəticəsində terrorçulardan təmizlənən Türkiyənin Şırnak vilayətində yerləşən Qabar dağı indi ölkənin neft mərkəzinə çevrilib. Bölgədə neftin aşkarlanması ilə başladılan fəaliyyətlər hər gün daha da artırılaraq davam etdirilir. Yeni kəşflər üçün “Şəhid Esma Çevik” neft sahəsində yerləşən dörd quyuda kəşfiyyat-qazma işləri davam edir. Daha on quyuda isə hasilatın artırılması ilə bağlı iş aparılır. Çətin ərazi şəraitində görülən işin ardıcıllığının pozulmaması üçün bölgəyə 350 kilometr uzunluğunda beton yol çəkilib. Bu, eyni zamanda çıxarılan neftin daşınmasını də asanlaşdırıb. Hazırda daşınma 200 barel tutumlu 250 tankerlə həyata keçirilir. Hasilat artdıqca daşınma üçün borulardan istifadə ediləcək. Bu məqsədlə 37 kilometr uzunluqda boru xəttinin tikinti prosesinə başlanılıb. Xəttin inşasının ilin sonunadək tamamlanması nəzərdə tutulur. Yeni xətt vasitəsilə bölgədən Şırnakın İdil rayonuna ötürüləcək neft buradan Hatay vilayətinin Dörtyol və Adananın Ceyhan rayonlarına çatdırılacaq.

Türkiyə dövlətinin bu ilin sonu üçün nəzərdə tutulan ən böyük hədəflərindən biri də Gabarda neft hasilatını 100 min barelə çatdırmaqdır.//Azərtac


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şirkətin külli miqdarda vergi borcu var

"Honda" "Nissan"ı almaq üçün icraçı direktorun istefasını gözləyir

“CV Mərtəbə” cərimələndi

Azərbaycandan Nobel mükafatına onlar namizəddir - FOTO

“Azər-İlmə”nin yarım milyon manata yaxın vergi borcu var

Sabah Binəqədinin bəzi küçələrində qaz olmayacaq

17 və 24 nömrəli avtobus marşrutlarının hərəkət sxemi dəyişdirilib

"Mİ Telecom”un 200 minə yaxın borcu var

"Mİ Telecom”un 200 minə yaxın borcu var

ARDNF İtaliyanın dəmir yolu operatoruna investisiya yatırıb

Ötən il kredit qoyuluşları 29 milyardı keçib

Polşada azərbaycanlı sahibkar itkin düşdü

Əhalinin banklardakı əmanətləri 13% artıb

Turistlərin heyran qaldığı Səlimiyyə məscidi

"Goldman Sachs": Qızılın qiyməti 3100 dollara qədər artıla bilər

Azərbaycanlı xanım təsisçinin startapı 6.9 milyon dollar investisiya alıb

Azərbaycanlı xanım təsisçinin startapı 6.9 milyon dollar investisiya alıb

Bu sığorta şirkəti ləğv edildi

Birbank-da sərfəli depozit kampaniyası davam edir: Qazancınızı 11%-dək artırın®

“Kontakt Home” fəhlə müştərisini həbs etdirdi

Azərbaycan siqareti ən çox bu ölkələrə satır - SİYAHI

Azərbaycan siqareti ən çox bu ölkələrə satır - SİYAHI

"Legion Financial" 1 milyon manat borca girir

"Azercell" bu şəxslər üçün mobil internetin qiymətini artırdı

MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dan əməliyyat

Bu tarixdən Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımalar bərpa ediləcək

Vətəndaşın bank kartından oğurluq edildi

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi yaxın 3 ildə tamamlanacaq

"Neftçi"nin direktoru vəzifəsindən ayrıldı

"Neftçi"nin direktoru vəzifəsindən ayrıldı

17 milyonluq tenderlərin 13 milyonu bir şirkətə verildi - Rəhbəri də keçmiş işçiləridir

Azərbaycanda cəmi 1 nəfərin yaşadığı kəndlər

Məmurlarla əlbir olan iş adamı həbsdən azad edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin