Türkiyədə vergidən yayınanlarla bağlı donos verənlərə pul mükafatı veriləcək
Türkiyənin maliyyə naziri Mehmet Şimşək vergidən yayınanlarla bağlı məlumat verənlərə pul mükafatı veriləcəyinə söz verib.
Valyuta.az xəbər verir ki, Şimşək bu barədə sosial şəbəkədə yazıb.
“Vergilərin az yığılmasına və yayınma hallarına qarşı səmərəli mübarizəmiz davam edir... vergi yoxlamasının nəticələrinə əsasən bildiriş alındıqdan sonra vətəndaşa ödənilməmiş vergi məbləğinin 10 faizi məbləğində bildiriş mükafatı verilə bilər ", - Şimşək qeyd edib.
Türkiyə Maliyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, belə bir mesajın buraxılması üçün hər cür şərait yaradılıb - Türkiyə vətəndaşları həm telefonla, həm də sosial şəbəkələr və ya messencerlər vasitəsilə dövlət orqanlarına məlumat verə biləcəklər.
Türkiyədə müştərilərdən xidmət haqqını onlayn IBAN köçürmələri ilə ödəmələrini tələb edən müəssisə və şirkətlərə qarşı kampaniya aparılır. Bu strategiya çərçivəsində iş adamlarının yaxınlarının hesabları da yoxlanılır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay