Ukrayna MB fiziki şəxslər arasında pul köçürmələrini məhdudlaşdırır
Ukrayna Milli Bankı fiziki şəxslər arasında pul köçürməsinə məhdudiyyətlər qoymağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.
Ukrayna Milli Bankının rəhbərinin müavini Dmitri Oleynikin sözlərinə istinadən nəşr bildirir ki, fiziki şəxslər arasında köçürmənin məbləği 100 min qrivna (4260 azn) ilə məhdudlaşdırıla bilər və belə köçürmələrin sayı ayda otuzu keçə bilməz.
Lakin “səbəblər və sübutlar” varsa, banklar bu limitləri artıra biləcəklər.
Yeniliyin bir ay ərzində tətbiq olunacağı gözlənilir.
Mayın 23-də məlum olub ki, Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün 7,5 milyard dollar çatışmazlığı səbəbindən Ukraynada vergilər artırılacaq. Ali Radanın Maliyyə, Vergi və Gömrük Siyasəti Komitəsinin rəhbəri Daniil Getmantsev bildirib ki, bu cür dəyişikliklərin ölkədəki iqtisadi vəziyyətə müsbət təsir göstərməsi ehtimalı azdır, lakin alternativ həll yolu yoxdur.
Mayın 8-də Ukrayna Milli Bankı Ukraynaya beynəlxalq yardımın həcminin 5 dəfə azaldığını açıqlayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay