Cənubi Koreya Rusiyadan gələn gəmilərə qarşı sanksiyalar tətbiq etdi
Koreya Respublikası Moskvanı Pxenyanın raket və nüvə proqramlarını maliyyələşdirməkdə və hərbi malların daşınmasında ittiham edərək, KXDR-dən olan 7 şəxsə və iki Rusiya gəmisinə qarşı sanksiyalar tətbiq edib.
Valyuta.az xəbər verir ki, TASS bu barədə ölkənin Xarici İşlər Nazirliyinə istinadən yazır.
“Hökumətimiz Şimali Koreyadan olan 7 şəxsə və Rusiya ilə Şimali Koreya arasında hərbi yüklərin daşınması ilə əlaqədar iki Rusiya gəmisinə qarşı müstəqil sanksiyalar tətbiq etdi”, - deyə bəyanatda bildirilir.
Seul hakimiyyəti bu cür hərəkətlərin BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozduğunu iddia edir .
Onların sözlərinə görə, iki rus gəmisi Rusiya ilə KXDR arasında hərbi yük daşıyıb.
Cənubi Koreya Rusiya və Şimali Koreya arasında “hərbi əməkdaşlığa” son qoymağa çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrinin Rusiya ilə Şimali Koreya arasında qeyri-qanuni hərbi-texniki əməkdaşlıqda ittihamları sübuta yetirilmədiyini vurğulayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay