Gürcüstanın TBC Bank-ı 2 böyük beynəlxalq ödəniş təşkilatını alır
Antiinhisar Komitəsi Gürcüstanın TBC Bank Qrupuna Fondy Payments Ltd şirkətinə nəzarəti əldə etməyə icazə verib.
Valyuta.az xəbər verir ki, müvafiq qərar aprelin 25-də qəbul edilib. Buna əsasən, TBC Bank Qrupu özünün TBC International Holdings Limited (Böyük Britaniya) şirkəti vasitəsilə Ukraynanın “Elains” və İrlandiyanın Fondy Payments Ltd şirkətlərinin səhmlərini almaq hüququnu əldə edir. Bundan əlavə, Antiinhisar Komitəsi TBC Bank Group və fiziki şəxs – Ukrayna vətəndaşı tərəfindən razılaşdırılmış addımlara icazə verib. Bu addımlar beş il müddətinə səhmdar müqaviləsində nəzərdə tutulmuş məhdudlaşdırıcı şərtlərin həyata keçirilməsinə aiddir.
TBC Bank Gürcüstanın iki ən böyük bankından biridir və sektorun aktivlərinin təxminən 40%-ni təşkil edir. Bankın bütün Gürcüstanda 13 filialı və 32 xidmət mərkəzi var. 1992-ci ildə təsis edilib, 2019-cu ildən Özbəkistanda fəaliyyət göstərir. 2014-cü ildən bankın səhmləri London Fond Birjasında alınıb-satılır, 2017-ci ildə isə FTSE 250 indeksinə daxil edilib. Bankın kapitallaşması 1,4 milyard funt sterlinq təşkil edir.
Fondy, isə təxminən 20.000 tacirə xidmət göstərən və onlayn və oflayn bizneslər üçün geniş çeşiddə ödəniş həlləri təklif edən, bazarda ən böyük elektron ticarət ödəniş operatorlarından biridir.
© GDP.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay