Türkiyə Aİ ilə sadələşdirilmiş viza rejiminə nail olmaq istəyir
Türkiyə Avropa İttifaqı ilə müxtəlif səviyyələrdə dialoqu davam etdirir və viza rejiminin sadələşdirilməsi ilə bağlı müzakirələrin intensivləşdirilməsini zəruri hesab edir.
Valyuta.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropanın genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"Biz Aİ ilə münasibətlərin inkişafının tərəfdarıyıq. Əsas razılaşma var, lakin biz daha əsaslı hərəkət etməliyik", deyə Fidan bildirib.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, vizanın liberallaşdırılması mövzusu uzun illərdir gündəmdə qalır və Ankaranın məqsədi vizanın liberallaşdırılması ilə bağlı Aİ ilə tam danışıqlara başlamaqdır:
"Türkiyə parlament və departamentlər səviyyəsində viza mövzusunda qalan 4-5 məsələni həll etmək üçün çalışır uzun müddətdir ki, avropalı həmkarlarımızla bunu müzakirə edirik, biz birbaşa Aİ ölkələri ilə danışıqlar aparırıq və xüsusilə biznes nümayəndələri və tələbələr üçün vizaların alınmasını asanlaşdırmaq üçün bu məsələni Aİ qurumları ilə müzakirə edirik".
Fidan Avropa İnvestisiya Bankının Türkiyədəki fəaliyyəti ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, bank de-fakto Türkiyədə fəaliyyətini davam etdirir, lakin de-yure bəzi problemli məsələlər var ki, bank Türkiyədə öz proqramlarını həyata keçirə bilsin.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay