Aİ Rusiya LNG-sinə qarşı sanksiyaları dəstəkləyir, lakin xeyli suallar var - Reuters
Aİ ölkələri ümumilikdə sanksiyaların növbəti raundunda Rusiyanın mayeləşdirilmiş təbii qazına qadağa daxil edilməsini dəstəkləyir, lakin bəzi dövlətlər ilk növbədə mümkün nəticələri qiymətləndirmək istəyirlər və blokun yekun qərarla razılaşması üçün həftələr lazım olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Reuters agentliyiAvropa diplomatlarına istinadən yazıb.
“Geniş dəstək var, lakin xeyli suallar da var. Bu paket tam problemdir, biz əvvəllər heç vaxt belə bir şey etməmişik”, - diplomatlardan biri bildirib.
Agentlik mənbələrinin məlumatına görə, Belçika, Almaniya və Fransa Avropa Komissiyasından Avropa limanlarında LNG daşınmasına qoyulan qadağanın Aİ iqtisadiyyatına Rusiya iqtisadiyyatından daha böyük zərbə vurub-vurmayacağını qiymətləndirməyi xahiş ediblər.
Diplomatlar iyulda Macarıstanın Aİ-yə sədrlik etməsinə qədər 14-cü paketi razılaşdırmağa tələsdiklərini deyirlər. Macarıstanın baş naziri Viktor Orban əvvəllər Ukraynaya yardımı və Moskvaya məhdudiyyətləri əngəlləməyə çalışıb. Sanksiyaları qəbul etmək üçünsə yekdillik tələb olunur, Reuters xatırladır.
Ötən ay Rusiya LNG sanksiyalarını aradan qaldırmağın yollarını axtaracağını və istənilən tədbirin Avropa sənayesinə mənfi təsir göstərəcəyini bildirib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay