ABŞ Almaniyadan Rusiyaya qarşı sanksiyalara əməl etməyi gücləndirməyi tələb etdi
ABŞ-ın maliyyə naziri Canet Yellen Frankfurtda bankirlərlə görüşündə dollar sisteminə çıxışı itirməmək üçün onlardan anti-Rusiya sanksiyalarına əməl etmək tədbirlərini gücləndirməyi tələb edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“Rusiya Almaniya və ABŞ kimi inkişaf etmiş iqtisadiyyatlardan kritik malları təmin etmək üçün ümidsizdir. Biz ayıq qalmalı və Kremlin müdafiə sənayesi bazasını genişləndirməsinə və maliyyə sistemlərimizə çıxış əldə etməsinə mane olmalıyıq”, deyən Yellen xəbərdarlıq edib.
Onun sözlərinə görə, ən böyük narahatlıq Çin, BƏƏ və Türkiyə vasitəsilə sanksiyalardan yan keçmə cəhdləridir.
“Xəzinədarlıq Departamenti hər yerdə - Mərkəzi Asiyadan Qafqaza və bütün Avropada belə halların qarşısını almağa çalışır”, deyə amerikalı rəsmi qeyd edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay