Dünya
21.05.2024 / 15:58
İranda prezident seçkilərinin tarixi təsdiqlənib
48528
İran Konstitusiyasının Müdafiəsi Şurası iyunun 28-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarı təsdiqləyib.
Valyuta.az xəbər verir ki, bu barədə şuranın rəsmi nümayəndəsi Hadi Tahan Nazif məlumat verib.
“Konstitusiyanın Müdafiəsi Şurası iyunun 28-də prezident seçkilərinin keçirilməsinə razılıq verib”, - o qeyd edib.
Xatırladaq ki, ötən gün İran Seçki Komissiyasının mətbuat katibi Mohsen Eslami bildirib ki, seçkilər iyunun 28-də keçiriləcək, namizədlərin qeydiyyatı isə mayın 28-də başlayacaq.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay