"Danone" Rusiyadakı aktivlərinin satışını başa çatdırdı
Fransanın Danone şirkəti Rusiyadakı süd məhsulları biznesini Vamin R MMC-yə satmaq üçün əməliyyatın tamamlandığını elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. “Danone, Rusiyadakı EDP biznesinin Vamin R MMC-yə satılması üçün lazım olan Rusiya tənzimləyici təsdiqlərini aldığını elan etdiyi 22 mart 2024-cü il tarixli press-relizdən sonra, Danone bu gün bu əməliyyatın tamamlandığını elan edir”, məlumatda deyilir.
Vamin R 99% süd istehsalçısı Vamin Tatarıstana, 1% isə Çeçenistanın keçmiş kənd təsərrüfatı nazirinin müavini Ruslan Əlisultanova məxsusdur. Financial Times-ın məlumatına görə, Vamin Tatarıstan Danone-nin Rusiya bölməsinə nəzarət üçün 17,7 milyard rubl (191,88 milyon dollar) ödəməyə hazır olub.
Danone 140-dan çox ölkədə fəaliyyət göstərən ən böyük süd məhsulları və digər ərzaq məhsulları istehsalçılarından biridir. Danone Rusiyada üç ən böyük süd məhsulları istehsalçısından biri idi.
Daha əvvəl bildirilmişdi ki, Danone Rusiya Federasiyasındakı biznesini Çeçenistanla əlaqəli rus iş adamı Mintimer Minqazova məxsus Rusiyanın Vamin Tatarstan süd şirkətinə satmağı planlaşdırır. Dünya mediası qeyd edib ki, sövdələşmə “Qərb aktivlərinin əhəmiyyətli dərəcədə aşağı qiymətə Kremlə dost əllərə növbəti təhvil verilməsi” olacaq.
2023-cü ilin fevral ayında Danone Rusiyadakı aktivlərini satmağa hazır olduğunu, lakin geri almaq hüququ və direktorlar şurasında yer aldığını açıqlayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay