Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək
Rusiya vətəndaşlarına Finlandiyada daşınmaz əmlak almağa qadağa qoyulmalıdır.
Valyuta.az xəbər verir ki, Finlandiya Müdafiə Nazirliyinin işçi qrupu bu qənaətə gəlib.
Qrupun qərarına əsasən, Avropa İttifaqının fikrincə, başqa dövlətin ərazi bütövlüyünü və müstəqilliyini pozmuş və Finlandiyanın milli təhlükəsizliyinə təhdid yarada biləcək ölkə vətəndaşına daşınmaz əmlak almaq icazəsi verilməyəcək.
Nəşr bu qadağanın həm fiziki, həm də hüquqi şəxslərə şamil ediləcəyinə aydınlıq gətirir. Yenilik Finlandiyada və ya digər Avropa İttifaqı ölkəsində daimi yaşayış icazəsi olan vətəndaşlara, eləcə də ikili vətəndaşlığı olan şəxslərə təsir etməyəcək.
Yanvar ayında Finlandiyada işçi qrup Rusiya vətəndaşları üçün ölkədə daşınmaz əmlakın alınmasını qadağan edən qanunun öyrənilməsinə başlayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin ikinci Avropa departamentinin rəhbəri Sergey Belyayev bildirib ki, Finlandiyanın indiki hakimiyyətinin rusofob siyasəti dövləti böhrana gətirib çıxarıb, sənaye müəssisələri fəaliyyətini dayandırdıqda, turizm biznesi itkilərə məruz qalır, Rusiya ilə sərhəddə yerləşən ərazilər isə boşdur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay