ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq
ABŞ Energetika Nazirliyi daxili bazardan 3,4 milyard dollar dəyərində uran almağı planlaşdırdığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, alış-veriş iyun ayında həyata keçiriləcək. Qərar Rusiya Federasiyasından aşağı zənginləşdirilmiş uranın idxalını qadağan edən qanunun qəbulundan bir neçə gün sonra elan edilib. Qanun qəbul edildikdən sonra Rusiya nüvə yanacağından asılılığın aradan qaldırılması üçün ABŞ büdcəsindən 2,7 milyard dollar ayrılıb ki, bu da qadağaya qədər ABŞ-ın ehtiyaclarının dörddə birini təmin edir. İdarənin xammalı amerikalı istehsalçılardan almağı planlaşdırdığı vurğulanır.
Bundan əvvəl ABŞ-ın energetika naziri Cennifer Qranholm Nümayəndələr Palatasındakı dinləmələrdə deyib ki, Birləşmiş Ştatlar “ölkənin uran strategiyasının genişləndirilməsini təmin etmək üçün lazımi alətlərə malikdir”. Onun sözlərinə görə, Vaşinqton “infrastrukturun canlandırılması və modernləşdirilməsi səylərinə”, xüsusən Tennessi ştatındakı Y-12 kompleksindəki uran emalı zavoduna sərmayə qoyur.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay