Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir
"Bulgargaz" şirkəti iki il əvvəl “Qazprom”un qaz tədarükünü dayandırması ilə bağlı təqribən 400 milyon avro məbləğində ziyana görə kompensasiya tələb etmək niyyətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə ölkənin texniki hökumətinin energetika naziri Vladimir Malinov bildirib.
“Qazprom Export” şirkəti ilə müqavilənin şərtlərinə uyğun olaraq, biz iddialarımızı şirkətə ötürəcəyik və bu məsələnin həlli üçün qısa zaman tanıyacağıq. Əgər bu baş verməsə, o zaman Parisdəki Beynəlxalq Sənaye Palatasının arbitraj məhkəməsində iş açacağıq", deyə nazir bildirib.
2022-ci ilin yazında Rusiya Federasiyasının prezidenti Rusiya qazının dost olmayan ölkələrə ixracına görə ödənişin rubla köçürülməsi barədə göstəriş vermiş, lakin Bolqarıstan bu şərtləri yerinə yetirməkdən imtina etmişdi. Bundan sonra, 27 aprel 2022-ci ildə "Qazprom" vaxtında rublla ödəniş etmədikləri üçün "Bulgargaz"a qaz tədarükünü tamamilə dayandırıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay