Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi
Estoniya parlamenti Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsinə icazə verən qanunu demək olar ki, yekdilliklə təsdiqləyib.
Valyuta.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti parlament məlumatlarına istinadən yazır.
Layihəni parlamentin 65 deputatının dəstəklədiyi, yalnız 3-nün əleyhinə olduğu bildirilir. Eyni zamanda, qanun yekunlaşdırıldı - ilkin olaraq inzibati məhkəmənin aktivlərin Kiyevə verilməsi və ya verilməməsi ilə bağlı qərar verəcəyi planlaşdırılsa da, ikinci oxunuşda layihəyə düzəlişlər edilib, qərara görə məsuliyyət Estoniya Xarici İşlər Nazirliyinin üzərinə qoyulub.
Qanun Rusiya aktivlərindən Ukraynaya dəymiş ziyana görə “avans ödənişi” kimi istifadə etməyə icazə verir. Layihənin mətnində isə qeyd edilir ki, əmlak sahibinin vurduğu ziyan faktı sübuta yetirilməlidir.
Yada salaq ki, 2022-ci ilin fevralında müharibə başlayandan sonra Aİ və G7 ölkələri Mərkəzi Bankın 280 milyard dollara yaxın aktivlərini dondurublar.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay