İsveçrə Rusiya qızılının idxalını kəskin şəkildə azaltdı
İsveçrə 2024-cü ilin birinci rübünün sonuna qədər Rusiyadan qızıl idxalını kəskin şəkildə azaldıb.
Valyuta.az xəbər verir ki, RİA Novosti bu barədə BMT-nin ticarət platformasına istinadən yazır.
2022-ci ilin avqustunda Börn Avropa ölkələrinin Rusiya qızılının tədarükünə embarqoya qoşulub. Lakin sonradan İsveçrə rəsmiləri aydınlaşdırıb ki, sanksiyalar embarqo tətbiq olunana qədər Rusiyadan ixrac edilən qızıla şamil edilmir. Buna görə də İsveçrə şirkətləri qiymətli metalı üçüncü ölkələr vasitəsilə idxal etməyə davam edib. Rusiya isə 2023-cü ildə İsveçrə üçün ən böyük qızıl mənbələrindən biri olmağa davam edib.
Lakin bu ilin birinci rübünün sonunda Rusiya qızılının alışı xeyli azalıb. Anderida Financial Group-un analitiklərinin fikrincə, bu, dünya bazarlarında Avropa sanksiyalarına məruz qalmayan ehtiyatların tükənməsi ilə bağlıdır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay