Aprel ayında qlobal neft hasilatı kəskin azalıb
Aprelin sonunda qlobal neft hasilatı gündəlik 200 min barel azalaraq 102 milyon barel olub.
Valyuta.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) may hesabatında deyilir.
Eyni zamanda, IEA analitikləri hələ də bu il qlobal neft tədarükünün sutkada 580 min barel artaraq rekord həddə - 102,7 milyon barelə çatacağını proqnozlaşdırırlar. Ekspertlərin fikrincə, buna OPEC+ üzvü olmayan ölkələrin səyləri ilə nail olunacaq. Onların hesablamalarına görə, əsas artım ABŞ, Qayana, Kanada və Braziliya tərəfindən təmin ediləcək.
Bu arada, IEA 2024-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu dəyişərək, onu sutkada 140 barel azaldaraq 1,1 milyon barelə endirib. Analitiklər birinci rübün zəif performansına görə təxminlərinə yenidən baxıblar.
Bundan əvvəl Rusiya neftinin dəniz yolu ilə ixracının son iki ayın minimum səviyyəsinə düşdüyü bildirilirdi. Baltik dənizi limanlarından tədarükün azaldılması OPEC+ sazişi çərçivəsində Moskvanın vəd etdiyi hasilatın azaldılmasına uyğundur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay