Mart ayında Türkiyədən 10 milyard dollar çıxarılıb
Martın sonunda Türkiyə tənzimləyicisi ölkədən demək olar ki, 10 milyard dollar məbləğində vəsaitin xaricə çıxmasını qeyd edib. 2023-cü ilin mayında keçirilən prezident seçkilərindən əvvəl də eyni hadisə baş verib.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Bu nağd pul axını Mərkəzi Bankın ehtiyatlarını təxminən eyni məbləğdə azaldıb, cari əməliyyatlar hesabının kəsiri isə iqtisadçıların proqnozlarını xeyli üstələyərək, 4,5 milyard dollara çatıb.
Tipik olaraq, lirənin kəskin devalvasiyası qorxusu səbəbindən seçkilərdən sonra Türkiyədən böyük vəsaitlər çıxarılır. Keçən ilki səsvermədən sonra bir gündə dəyərinin 7%-ni itirib. Lakin iyun ayından etibarən daha ənənəvi iqtisadi siyasətə keçid və Mərkəzi Bankın lirənin real möhkəmlənməsini təmin etmək səyləri fonunda mart ayında kapital axınının miqyası gözlənilməz olub.
Yerli seçkilərdən sonra lirə Ərdoğan partiyasının böyük şəhərlərdə məğlubiyyətinə baxmayaraq, dollar qarşısında 0,5% dəyər qazanaraq nisbətən sabit qalıb. Qızıl və valyuta, iqtisadi və siyasi təlatümlərdən ehtiyat edən türklər üçün məşhur dəyər anbarı olaraq qalır. Mart ayında qızıl idxalı cari hesab kəsirinin 1/4 hissəsini təşkil edib.
"Əlavə fiskal konsolidasiya daxili tələbi soyutmaqla xarici maliyyənin davamlılığını yaxşılaşdırmalıdır", deyə Haluk Burumcekci bildirib.
Mart-aprel aylarında qızıl idxalı bərpa olunsa da, o, cari hesab kəsirinin 2024-cü ildə üçdə bir azalaraq 30 milyard dollara düşəcəyini gözləyir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay