Rusiyada Ukraynanın “Xortitsa” araq istehsalçısının keçmiş aktivləri həbs edildi
“Xortitsa” araq istehsal edən “Global Spirits”in keçmiş Rusiya aktivləri Kursk şəhərinin Leninski Rayon Məhkəməsi tərəfindən həbs edilib.
Valyuta.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Nəşr Federal Məhkəmə İcraçıları Xidmətinin məlumat bazasına istinadən qeyd edib ki, mayın 6-da məhkəmə əvvəllər “Global Spirits” (“Xortitsa” arağı) alkoqol holdinqinin təsisçisi Yevgeni Çernyak (Rusiya terrorçuları və ekstremistləri siyahısına daxil edilib) ilə əlaqəsi olan yeddi hüquqi şəxsi həbs edib.). İşdə iddiaçı Rusiya Federasiyasının Baş Prokurorluğudur .
Materialda “Feodosiya Konyak və Şərab Zavodu”, “Krım Şərab Evi”, Voloqdada “Russki Sever” və Moskva vilayətində “Rodnik və K” likör-araq zavodlarının adı xatırladılkır. Bundan əlavə, söhbət "Uğur Ənənələri", "Keyfiyyət Standartı" və "Yeni Səviyyə" distribyutorlarından gedir.
Bundan əvvəl məlum olmuşdu ki, araq istehsalçısı “Xortitsa”nın aktivlərini Federal Əmlakın İdarə Olunması Agentliyinə vermək istəyirlər. Ukrayna arağı “Xortitsa” 2022-ci ildən “Xorta” brendi ilə qablaşdırılır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay