BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
48021

Hindistanın IRClass təsnifat cəmiyyəti ABŞ sanksiyalarına məruz qalan Rusiya neft tankerlərinə təhlükəsizlik sertifikatlarının verilməsini dayandırıb. 

Valyuta.az zəbər verir ki, bu barədə “Reuters” yazıb.

İndi bu gəmilər Rusiya Gəmiçilik Reyestri tərəfindən sertifikatlaşdırılır. Agentlik yazır ki, dünyanın aparıcı gəmi sertifikatlaşdırma şirkətlərindən biri olan IRClass, böyük sığortaçılar və mühərrik istehsalçıları sanksiyalara görə bu gəmilərə xidmət göstərməkdən imtina etdikdən sonra Rusiya tanker donanmasının dənizə yararlılığının yoxlanılması üzrə xidmətlər göstərib.

Bununla belə, fevral ayında ABŞ Maliyyə Nazirliyi IRClass tərəfindən sertifikatlaşdırılmış 14 tankeri sanksiyalar siyahısına daxil edib. İki - NS Consul və NS Creation istisna olmaqla, bu gəmilər Hindistan şirkətinin saytında artıq siyahıda yoxdur.

IRClass əvəzinə, qalan 12 tanker aprel ayından etibarən Rusiya Dəniz Gəmiçiliyi Reyestri (RS) tərəfindən sertifikatlaşdırılıb. Eyni zamanda, 2022-ci ilin martında RS Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasından (IACS) xaric edilib.

Hazırda bəzilərinin adları dəyişdirilmiş bu tankerlərin əksəriyyəti dəniz izləmə məlumatlarına əsasən lövbər salıb və ya Asiya və Qara dənizdəki Rusiya limanlarına gedir. Agentlik yazır ki, IRClass sertifikatının itirilməsi Qərbin 2022-ci ildə tətbiq etdiyi sanksiyalardan sonra Rusiyadan dəniz neft nəqlinin logistikasına növbəti zərbə olub.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Möhtəşəm mənzərələr və ləzzətli mətbəx - Qış tətili üçün əlverişli şəhər

Rusiyanın dəniz yolu ilə neft tədarükü iki aylıq minimuma düşüb - "Bloomberg"

"GREEN VOOD CONSTRUCTION" cərimələndi

"Apple" bahalı "iPhone 17 Pro"nu daha ucuz materiallarla təchiz edəcək

"ENERGY SERVICE GROUP" məhkəmə qarşısında

2024-cü ilin sonunda alınacaq ən yaxşı büdcə smartfonları açıqlandı

Elm və Təhsil Nazirliyindən "Fərid" firmasına 7,9 milyonluq sifariş

Dünyanın ən bahalı futbol çempionatları açıqlandı - Türkiyə 9-cudur

"Samsung" yüksək səviyyəli rəhbərlərini işdən azad etmək qərarına gəldi

Durov məhkəmə nəzarətində olarkən "Telegram"ın gəlirləri milyard dolları ötdü

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq..."

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin