Bundestaq üzvləri son 28 ildə ən böyük maaş artımını alacaq
Almaniya Bundestaqının rəhbəri Barbel Bas parlamentarilər üçün son onilliklərin ən böyük maaş artımına razılaşıb.
Valyuta.az xəbər verir ki, bu ilin iyul ayından deputatlar ayda 11 227 avro alacaqlar. Bu əvvəlki məbləğdən 635 avro çoxdur.
Əmək haqqının artırılması ötən il Almaniyada nominal əmək haqqının dinamikası ilə izah olunur. Federal Statistika İdarəsinin məlumatına görə, 2023-cü ildə nominal əmək haqqı 6% artıb. İndi Bundestaq deputatlarının maaşı eyni məbləğdə artacaq.
Bundan əlavə, Bundestaq komitələrinin sədrləri tam maaşlarının 15%-i həcmində mükafat alırlar. Ən azı 26 il vəzifədə qaldıqdan sonra deputatlar üçün maksimum pensiya 7298 avro təşkil edir - belə pensiya almaq üçün orta statistik işçi təxminən 200 il işləməyə davam etməlidir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay