Dünya
12.05.2024 / 12:19
“Saudi Aramco”-nun kapitalı Səudiyyə Ərəbistanının ÜDM-ni ötüb
47924
Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft-qaz şirkətinin kapitallaşması ölkənin ümumdaxili məhsulunun (ÜDM) həcmini ötüb.
APA-nın xəbərinə görə, bu, “Böyük İyirmilik” (G20) ölkələrində qeydə alınan ilk belə bir haldır.
Bu həftə “Saudi Aramco”-nun kapitallaşması Səudiyyə Ərəbistanının ÜDM-dən 1,7 dəfə çox olub, 1,933 trilyon dollara çatıb. “Saudi Aramco”-nu 379,9 milyard dollarla Cənubi Koreyanın “Samsung” və 82,7 milyard dollarla Argentinanın ticarət nəhəngi “MercadoLibre” şirkəti izləyir. “Samsung”-un kapitallaşması Cənubi Koreyanın ÜDM-nin 22 faizini, “MercadoLibre”-nin kapitallaşması Argentinanın ÜDM-nin 14 faizini təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay