Dünya
11.05.2024 / 16:32
Rusiya məşhur azərbaycanlı reperi borca görə axtarışa verdi
47900
Azərbaycanlı reper Nəvai Bəkirov məhkəmə icraçıları tərəfindən axtarışa verilib.
Valyuta.az "Shot" "Telegram" kanalına istinadən xəbər verir ki, musiqiçinin "Scar Trading" MMC şirkətinin (tikintidən tutmuş kitab satışına qədər müxtəlif növ fəaliyyətlərlə məşğul olur) 2 milyon rubldan çox borcu var.
Qeyd edilir ki, ötən il şirkət 617 min zərər çəkib. Onların bəziləri inzibati xətalara görə cərimələrdir.
Bildirilir ki, məsələ ilə bağlı açıqlama verən Nəvai cərimələr barədə məlumatı aprelin 25-də aldığını söyləyib. O, tətilini keçirdiyi Dubaydan qayıdandan dərhal sonra bütün borclarını ödəyəcəyinə söz verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay