ABŞ Rusiya aktivləri ilə bağlı qərarları açıqlamağa hazır deyil
Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ prezidentinə müvafiq səlahiyyətlər verən qəbul edilmiş qanuna baxmayaraq, Birləşmiş Ştatlar Rusiyanın suveren aktivlərinin müsadirəsi ilə bağlı hər hansı qərarları elan etməyə hazır deyil.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
O, hazırda bu məsələ ilə bağlı verəcəyi hər hansı açıqlamanın olmadığını vurğulayıb.
Miller qeyd edib ki, Vaşinqton “Ukraynanın xeyrinə istifadə” məqsədilə Rusiya aktivlərinin daha da dondurulmasını təmin etmək üçün avropalı tərəfdaşlarla işləməyə davam edir.
Bundan əvvəl BKF bankının analitik departamentinin rəhbəri Maksim Osadçi bildirmişdi ki, Euroclear 2024-cü ildə Aİ sanksiyaları səbəbindən depozitarda dondurulmuş Rusiya aktivlərindən təxminən 6 milyard avro qazana bilər.
Bir gün əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ ölkələrinin səfirlərinin bloklanmış Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın xeyrinə müsadirə edilməsi barədə razılığa gəldiyini təsdiqləyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay