Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi
Nazirlər Kabineti Ukrayna və Türkiyə arasında azad ticarət sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.
Valyuta.az xəbər verir ki, Baş nazir Denis Şmıqal bu barədə Telegram- da bildirib və qeyd edib ki, Ukraynanın xeyli sayda malına, xüsusən də sənaye mallarının 93%-nə rüsumlar ləğv ediləcək. “Biz Ukrayna ilə Türkiyə arasında azad ticarət sazişinin ratifikasiyası haqqında qanun layihəsini dəstəklədik. Bundan sonra parlamentə təqdim edəcəyik”, - deyə o yazıb.
Şmıqala görə, Türkiyə Ukraynanın beş əsas ticarət tərəfdaşı sırasındadır, ona görə də bu saziş Ukrayna biznesi üçün yeni imkanlar yaradır. Eyni zamanda, hökumətin Ali Radadakı daimi nümayəndəsi Taras Melniçuk Telegram-da qeyd edib ki, qanun layihəsi Ukrayna və Türkiyə hökumətləri arasında 2022-ci il fevralın 3-də Kiyevdə bağlanmış azad ticarət haqqında sazişin ratifikasiyasını təklif edir.
Gözlənilir ki, sazişin həyata keçirilməsi ölkələr arasında ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın daha da inkişafına töhfə verəcək, yerli istehsalçılara Türkiyədə mal və xidmət bazarlarının liberallaşdırılmasından faydalanmağa imkan yaradacaq və müəssisələrin həm satış bazarlarını genişləndirmək, həm də öz istehsallarını inkişaf etdirmək və modernləşdirməsi üçün Ukraynaya geniş imkanlar açacaq.
Daha əvvəl bildirilmişdi ki, 2022-ci ilin fevralında Ukrayna və Türkiyə azad ticarət haqqında razılığa gəliblər. Ukrayna ilə Türkiyə arasında Azad Ticarət Sazişinin imzalanması üzrə danışıqlar 15 il - 2006-cı ildən başlayıb. Sənəd fevralın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə rəsmi səfəri zamanı Ukraynanın Baş naziri Denis Şmıqal və Türkiyənin ticarət naziri Mehmet Muş tərəfindən imzalanıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay