Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır
Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib ki, Qərb sanksiyaların köməyi ilə ölkəni iqtisadi böhrana salmaq niyyətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
XİN rəhbərinin sözlərinə görə, Qərb dövlətləri Belarusun iqtisadi inkişafını ləngitmək və onu iqtisadi böhrana yaxınlaşdırmaq üçün sanksiya alətlərindən istifadə etməyə çalışırlar.
Aleynik eyni zamanda qeyd edib ki, Qərb hələ də öz niyyətlərini həyata keçirə bilməyib.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus ona qarşı istənilən hərbi təcavüzə dərhal cavab verəcək.
Mayın 7-də Belarusda qeyri-strateji nüvə silahı daşıyan qüvvə və vasitələrin qəfil yoxlanılmasına başlanılıb. “İsgəndər” əməliyyat-taktiki kompleksinin diviziyası və Su-25 təyyarələrindən ibarət eskadrilya qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün hazırlanır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay