Britaniya sanksiyalardan yan keçib, 2,2 milyardlıq Rusiya nefti alıb
Böyük Britaniya sanksiyalardan yayınaraq 2,2 milyard funt-sterlinq dəyərində Rusiya nefti alıb.
Valyuta.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Rəsmi olaraq belə sövdələşmələr bağlanmayıb, lakin İngiltərənin Türkiyə, Hindistan və Çin kimi əvvəllər neft ixracatçısı sayılmayan ölkələrdən keçən il 2 milyard funt sterlinq dəyərində neft aldığı bildirilir.
"Global Witness" qeyd edir ki, Yaxın Şərqdən neft alışlarının artmasına baxmayaraq, hər iyirminci uçuş Rusiya yanacağı ilə həyata keçirilir. Təşkilat Rusiya Federasiyasından kənarda emal edilən yanacağın sanksiyalara məruz qalmadığını vurğulayır. "Global Witness" bunu çirkli pulların yuyulması adlandırır. Təşkilatın hesablamalarına görə, Rusiya Federasiyası il ərzində 100 milyon funt-sterlinqdən çox gəlir əldə edib.
Bundan əvvəl bildirilmişdi ki, gəmi sahibləri üçün qarşılıqlı sığorta klublarının beynəlxalq qrupu Britaniya parlamentinə məktub göndərərək G7-nin Rusiya neftinin tədarükünə tətbiq etdiyi sanksiyaların səmərəsizliyinə işarə edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay