Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı
Almaniya kansleri Olaf Şolts bildirib ki, Avropa İttifaqı Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirin 90%-nin Ukraynanın hərbi ehtiyacları üçün istifadə edilməsi barədə razılığa gəlib.
Valyuta.az xəbər verir ki, bu barədə Şolts Baltikyanı ölkələrin hökumət başçılarının Latviyada keçirdiyi birgə mətbuat konfransında deyib.
Almaniya kanslerinin sözlərinə görə, Avropa İttifaqı ümumi rəydədir ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukraynaya maliyyə yardımı göstərmək üçün istifadə etmək lazımdır. Bu, ildə bir neçə milyard avro təşkil edən əhəmiyyətli bir məbləğdir.
Şolts qeyd edib ki, Aİ bu vəsaitin təxminən 90%-ni Kiyevin müdafiə ehtiyacları üçün istifadə edəcəyi barədə razılıq əldə olunub və hazırda yekunlaşmaq üzrədir.
Bundan əvvəl Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrel bildirib ki, Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlir birbaşa Ukraynanın hərbi sənaye kompleksinin maliyyələşdirilməsinə yönəlməlidir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay