Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır
Yevgeni Priqojinin Concord şirkətlər qrupu mətbəx fabriklərini satır.
Valyuta.az xəbər verir ki, bu barədə “Kommersant” yazır.
Bildirilir ki, qrupun şirkətlərindən biri olan “Pitania Plant” MMC artıq Andrey Şokinin RBE Group şirkətinə Sankt-Peterburq yaxınlığındakı Yaninoda gündə 100 min rasyon hazır qida istehsal olunan müəssisəni satıb.
Concord ilə hökumət müqavilələrinin əhəmiyyətli bir hissəsi də Şokinə keçib. Müəssisənin tikintisi Concord Şirkətlər Qrupuna 1,7 milyard rubla başa gəlib.
Bundan əvvəl Fontanka, Priqojinin Concord qrupunun iki şirkətinin baş direktorlarını dəyişdirdiyini bildirib.
Şirkətə Pavel Priqojinin (Yevgeni Priqojinin oğlu) əvəzinə Sankt-Peterburq sakini Vladislav Pisarenok rəhbərlik edib.
SPARK sahibkarlar icmasının məlumatına görə, Pisarenok dekabrın 18-də şirkətin rəhbəri olub. Noyabrın sonundan onlar keçmiş liderləri Yevgeni Priqojinin oğlu Pavelin etibarınnaməsi ilə idarəçilikdə olublar.
Pisarenok özü isə jurnalistlərə vəziyyəti şərh etməkdən imtina edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay