Dünya
04.05.2024 / 17:12
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?
47482
“World Gold Council”ın (WGC) ilkin dəyərləndirməsinə görə, dünyanın mərkəzi bankları mart ayında ümumi qızıl ehtiyatlarını 15,7 ton artırıblar. Dünya üzrə mərkəzi banklar tərəfindən, ümumilikdə, 40,4 ton alış, 24,7 ton satış qeydə alınıb.
Valyuta.az xarici mediaya istinadla xəbər verir ki, ən iri satıcı Özbəkistan olub – 10,9 ton. Tailand öz ehtiyatlarını 9,6 ton azaldıb. Lakin bu, qızıl haqq-hesabının başqa formatına keçidlə bağlıdır. Əsas satıcılar arasında İordaniya da (3,7 ton) yer alıb.
Ən iri alıcılar Türkiyə (14,1 ton), Hindistan (5,1 ton), Çin (5 ton), Qazaxıstan, Sinqapur (hərəyə 4,5 ton) və Rusiya (3,1 ton) olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay