Belçika sərvət vergisinin tətbiqini təklif edir
Belçika Sosialist Partiyasının rəhbəri Paul Magnette "qlobal sərvət vergisi"nin tətbiqini təklif edib.
Valyuta.az xəbər verir ki, o, bu barədə "Financial Times"a müsahibəsində bildirib.
"İqlim keçidini maliyyələşdirmək istəyiriksə, bizə pul lazımdır. İdeal olaraq ümumdünya sərvət vergisi və ya heç olmasa Avropa səviyyəsində tətbiq olunmalıdır", deyə Magnette bildirib.
Belçika Sosial Partiyasının rəhbəri iddia edir ki, Avropa ölkələrinin əhalisi arasında belə bir tədbirə tələbat çox yüksəkdir.
Əvvəllər bildirilirdi ki, Aİ ölkələri müdafiə xərclərini artırmaq qərarına gəlib və Avropa Komissiyasına 2024-cü ilin iyun ayına qədər müvafiq hesabat təqdim etməyi tapşırıb. Bu barədə Aİ-yə üzv dövlətlərin başçılarının görüşünün yekunları üzrə qəbul edilmiş sənəddə deyilir
Avropa Şurası Aİ Şurasına və Avropa Komissiyasına maliyyələşmənin mümkün variantlarını öyrənməyi və iyun ayına qədər bu barədə hesabat təqdim etməyi tapşırıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay