Danimarka nəhəngi Rusiyadakı biznesinin ləğvini dayandırdı
Danimarkanın logistika nəhəngi "Maersk" Rusiyadakı biznesini məhdudlaşdırmaq barədə əvvəlki bəyanatlarına baxmayaraq, Rusiyadakı törəmə şirkətlərini saxlayıb və onları maliyyələşdirməyə davam edib.
Valyuta.az xəbər verir ki, bu barədə RBC yazıb.
"Maersk Solutions" MMC və "Maersk" MMC-nin maliyyə hesabatlarına görə, onlar ana şirkətin qərarına uyğun olaraq saxlanılıb və əlavə olaraq 20 milyon rubl məbləğində maliyyələşdirilib. Bundan əlavə, "Maersk"in törəmə şirkətlərinin ofisləri üçün binaların icarəsi bu ilin yanvarında 11 ay müddətinə uzadılıb. Qeyd olunur ki, hesabat sənədlərində ləğvetmə prosedurunun bərpası nəzərdə tutulmayıb.
Keçən ilin dekabrında ən böyük gəmiçilik və logistika şirkətlərindən biri olan "AP Moller-Maersk" Qırmızı dəniz vasitəsilə bütün yüklərin daşınmasını müvəqqəti dayandırmaq barədə qərar qəbul etdiyini açıqlamışdı. Səbəb husilərin şirkətin gəmilərinə hücumları olub. Konteyner gəmiləri Ümid burnundan keçən marşrutla getməyə məcbur olurlar. Nəticədə məsafə təxminən 13 min km artıb, korporasiyanın yanacaq xərcləri isə 50% artıb. Bu da öz növbəsində daşınma xərclərinə təsir edib. Bir konteynerin qiyməti yüzlərlə dollar artıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay