"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq
“Apple” 110 milyard dollara tarixinin ən böyük geri alışını həyata keçirəcək.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Səbəb son rübdə "iPhone" satışlarının zəif olması olub.
Amerika şirkəti 2018-ci ildə geri alış üzrə əvvəlki rekorda imza atıb. Texnologiya nəhəngi daha sonra 100 milyard dollarlıq səhm satın almağa icazə verib.
Birləşmiş Ştatlarda ən böyük on səhm geri alışından altısı "Apple"dadır. Siyahıda "Chevron" və "Alphabet" də var.
İnvestorlar bu xəbəri müsbət qarşılayıblar. “Apple”ın səhmlərinin birjadan əvvəl qiyməti 7,19% artaraq 185,62 dollar təşkil edib.
"Consumer Intelligence Research Partners" (CIRP) şirkətinin son hesabatına görə, "iPhone 15" və "iPhone 15 Plus" ABŞ-da əvvəlki nəsil "Apple" smartfonlarından daha az populyar olub. Yeni modellər birinci rübdə bütün satışların dörddə birindən azını təşkil edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay