Dünya
03.05.2024 / 11:51
Türkiyədə illik inflyasiya 70%-ə yüksəlib
47422
Türkiyədə illik inflyasiya aprel ayında 69.8%-ə yüksəlib.
Valyuta.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatına (TÜİK) məlumat verib. Mart ayında bu rəqəm 68.5% təşkil edib.
Məlumata görə, aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3.18%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 18.72% artıb.
Ötən ilin eyni ayına nisbətən ən az artım 51.20% ilə geyim və ayaqqabı qiymətlərində, ən çox artım qeydə alınan əsas qrup isə 103.86% ilə təhsil sektoru olub.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay