Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2024-cü ildə qlobal ÜDM artımı ilə bağlı proqnozunu əvvəllər gözlənilən 2,9%-dən 3,1%-ə yüksəldib.
Valyuta.az xəbər verir ki, bu barədə "Prime" agentliyi təşkilatın hesabatına istinadən yazıb.
Yeni iqtisadi hesabatda qeyd edildiyi kimi, 2025-ci ildə artım əvvəlki 3% proqnoza qarşı 3,2% olacaq.
OECD rəhbəri Mattias Kormann hesabatı təqdim edərkən deyib: "Pandemiyadan sonra qlobal iqtisadi bərpa gözlədiyimizdən daha sürətli gedir".
Onun sözlərinə görə, bu, ölkələrin enerji şoklarına uğurlu adaptasiyası və Çinin uzunmüddətli blokadalardan sonra açılması ilə bağlıdır.
Mütəxəssislər 2024-cü ildə ABŞ (2,1%-dən 2,6%-ə) və Çin (4,7%-dən 4,9%-ə qədər) üzrə artım proqnozlarına yenidən baxıblar. 2025-ci ildə Amerika iqtisadiyyatı əvvəlki 4,2%-ə qarşı 1,8% (əvvəlki proqnoz 1,7%), Çin iqtisadiyyatı 4,5% artacaq.
Bununla yanaşı, əksər ölkələrdə inflyasiya yüksək olaraq qalır: Avro zonasında bu, 2023-cü ildə 5,6% və 2024-cü ildə 3,1%, ABŞ-da müvafiq olaraq 4% və 3,2% təşkil edəcək. OECD davam edən qiymət təzyiqləri səbəbindən uzunmüddətli staqflyasiya riski barədə xəbərdarlıq edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay