Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır
Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cədaan Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunda çıxışında qlobal iqtisadiyyat üçün əsas təhlükə kimi geosiyasi amilləri müəyyənləşdirib.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
"Bu gün mənim üçün geosiyasi risklər, yəqin ki, qlobal iqtisadiyyata baxdığınız zaman 1 nömrəli riskdir", deyə o, siyasətçiləri münaqişə vəziyyətlərinin həllində daha çevik olmağa çağırıb.
Əl-Cədaan nümunə kimi Fələstin-İsrail qarşıdurmasını göstərərək, tərəflərin liderlərindən gərginliyin azaldılması üçün hər cür səy göstərmələrini tələb edib. Onun fikrincə, bu, son dərəcə vacibdir, çünki Yaxın Şərqdəki vəziyyət, Ukrayna münaqişəsi ilə yanaşı, qlobal iqtisadiyyata ciddi mənfi təsir göstərir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay