Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?
Rusiyada fəaliyyətini davam etdirən ən böyük Avropa bankları 2023-cü ildə bu ölkədə 800 milyon avrodan çox vergi ödəyib ki, bu da Rusiya-Ukrayna münaqişəsi başlamazdan əvvəlkindən dörd dəfə çoxdur.
Valyuta.az xəbər verir ki, bu barədə Financial Times yazır.
Nəşr qeyd edir ki, Avropanın Raiffeisen Bank International, Unicredit, ING, Commerzbank, Deutsche Bank, Intesa Sanpaolo və OTP bankları 2023-cü il üçün mənfəətlərinin 3 milyard avrodan çox olduğunu bildiriblər ki, bu da 2021-ci illə müqayisədə üç dəfə çoxdur.
Eyni zamanda, 2023-cü ildə vergi ödənişlərinin yarıdan çoxu Avstriyanın Raiffeisen Bank International-a gedəcək. Bu bankın Rusiyadakı vakansiyalarını təhlil edən nəşr, "aktiv müştəri bazasını çoxşaxəli genişləndirmək" üçün "iddialı planlara" sahib olduğu qənaətinə gəlib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay