Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi
Rusiya iqtisadiyyatı 2024-cü ilin sonuna kimi 2,5-3% artacaq.
Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya ” qəzeti məlumat yazır.
Nəşr qeyd edir ki, sorğuda iştirak edən kredit təşkilatları, reytinq agentlikləri, universitetlər və maliyyə şirkətlərindən 11 analitik Rusiya ÜDM-nin bu il artacağı ilə bağlı ortaq fikrə gəliblər.
Bunun əsas təkanverici qüvvəsi dövlət xərclərinin yüksək səviyyəsi, maaşların artması fonunda daxili istehlak tələbi və neft qiymətlərində ehtimal olunan artımdır.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Aİ və ABŞ- ın Rusiya aktivlərinə həbs qoymaq qərarı Qərb iqtisadi sisteminin tabutuna “bərk mismar” olacaq.
Peskovun sözlərinə görə, Rusiya bu qərardan məhkəməyə şikayət etmək hüququnu “sonsuz” müdafiə etməklə belə bir qərara cavab verəcək. Bundan əlavə, bu, Qərb ölkələrinin Rusiyadakı fondlarına da təsir edəcək.
Nikkei nəşrinin məlumatına görə, 2022-ci il fevralın 24-dən etibarən Avropa İttifaqı və G7 ölkələri, o cümlədən ABŞ sanksiyalar çərçivəsində Rusiya mərkəzi bankının öz ərazilərində təxminən 300 milyard avroluq (328 milyard dollar) aktivlərini bloklayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay