Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı
Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb, 74 nəfər məsuliyyətə cəlb olunub.
Bundan əvvəl Ali Rada Qumar və Lotereya Oyunlarının Tənzimlənməsi və Qumar Oyunlarına Nəzarətin Gücləndirilməsi üzrə Komissiyanın ləğvini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsi qumar oyunlarının reklamının məhdudlaşdırılmasını, internetdə qumar oyunlarının qadağasına dair tədbirləri nəzərdə tutur.
Qeyd edək ki, aprelin 20-də Ukrayna Prezidenti Vladimir Zelenski internetdə qumar oyunlarının məhdudlaşdırılmasına dair fərman imzalayıb. Bununla da Milli Təhlükəsizlik və Müdafiə Şurasının onlayn kazinoların reklamının məhdudlaşdırılması, həftəlik oyun limitlərinin müəyyən edilməsi, xərcləmə limitlərinin müəyyən edilməsi, hərbçilər üçün məhdudiyyətlərin tətbiqi ilə bağlı qərarı qüvvəyə minib. Ukrayna Təhlükəsizlik Xidmətinə qumar oyunlarının təşkilatçıları ilə bağlı yoxlama aparmaq tapşırılıb.
Xatırladaq ki, Ukraynada oyun biznesi 2020-ci ilin avqustunda leqallaşdırılıb. Ötən müddət ərzində ölkədə qumar oyunları geniş yayılıb. Ölkədə hərbi vəzyiyət şəraitində Kiyev və ətraf qəsəbələrdə onlarla kazino fəaliyyət göstərib. 2023-cü ildə oyun biznesindən büdcəyə daxilolma 272,5 milyon dollar olub. Ukraynada kazinolarda gündəlik uduş məbləği 10,18 milyon dollar olub. Hərbçilər arasında qumar oyunlarından asılılıq da ciddi problemlərdən biri kimi qeyd edilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay