BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
46969

Bir həftədir ki, Zaporojye Atom Elektrik Stansiyasında yeni dron hücumları qeydə alınmayıb, lakin vəziyyət gözlənilməz olaraq qalır. 

Valyuta.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Bir həftə əvvəl baş verən hadisədən sonra yeni dron hücumları ilə bağlı xəbərlər almamışıq, lakin biz təcrübədən bilirik ki, vəziyyət hər an kəskin şəkildə pisləşə bilər”, - təşkilatın nümayəndəsi Rafael Qrossi deyib.

Agentlik xatırladıb ki, aprelin 18-də Zaporojye AES reaktor simulyatoru gəmisinə pilotsuz təyyarə ilə hücum cəhdi barədə məlumat verib.

Saytdakı agentliyin mütəxəssisləri bazar ertəsi stansiyanın təlim mərkəzində olublar. "Onlar dam örtüyünü görə bilməyiblər, lakin təlim mərkəzinin nümayəndəsi bildirib ki, bu halda ona heç bir ziyan dəyməyib. O, əlavə edib ki, buna baxmayaraq, bu, heyət üçün stresli və qorxulu təcrübədir", - MAQATE-nin bəyanatında deyilir.

Zaporojye AES Enerqodarda yerləşir və ümumi gücü 6 QVt olan altı enerji blokundan ibarətdir. Bu, Avropanın ən böyük atom elektrik stansiyasıdır. 2022-ci ilin fevral ayının sonunda obyekt Rusiya qüvvələri tərəfindən nəzarətə götürülüb. 

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bitcoin 90 min dolları test etdi: Uzunmüddətli investorlar satış təzyiqini artırdı

Bitcoin 90 min dolları test etdi: Uzunmüddətli investorlar satış təzyiqini artırdı

Uzunmüddətli əmanətlərin həcmi sürətlə artır - SƏBƏB

Səhvən başqasının kartına köçürülən pul geri QAYTARILA BİLƏR?

EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq

Bankların kredit portfeli 27 milyardı keçdi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib

Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu 285 manat olacaq

Deputatdan təklif: “Çoxuşaqlı ailələr daha tez pensiyaya çıxsın, daha yüksək pensiya alsın?

SOCAR-ın törəmə şirkəti ötən il 11,5 milyon manat xalis mənfəət əldə edib

Sabah leysan yağacaq

Sahil Babayev: "Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb"

İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi

"Bakı Şərab-1"lə "Green Mebel" arasında icarə qalmaqalı

“A-Qroup Sığorta Şirkəti"nin yığımı 1 milyon manatdan çox azalıb

Bankların aktivləri 50 milyard manata yaxınlaşır

Bu rayonun 24 kəndində qaz kəsiləcək

10 ayda verilən ipoteka kreditlərinin məbləği açıqlandı

Xaricə yod satışından gəlirimiz 4 milyon dollara yaxın azalıb - Rəqəmlər

Bank sədri edam cəzasına məhkum edildi

Bank sədri edam cəzasına məhkum edildi

Deputatdan pensiya yaşı ilə bağlı TƏKLİF

“Aqrar Sığorta”nın biznes itkiləri 2,3 mln. manata yaxınlaşıb

Azərbaycanda bank kartlarının sayı 19 milyon ədədi keçdi

"Temu"dan şikayətlər ARTIR: Aldanmamaq üçün nələrə diqqət etməliyik?

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi qurum niyə ləğv edilib?

Şəhid ailələri ilə bağlı daha bir - Qərar

"Apple" "iPhone"da SIM kartdan imtina edəcək

Neftimizin qiyməti 75 dolları keçdi

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 23%-ə yaxın azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin