Almaniyada “Adidas” və “Nike” şirkətləri arasında apelyasiya prosesi başladı
Kanada hökuməti Ottavanın fevral ayında dünyanın ən böyük titan istehsalçısı olan Rusiyanın VSMPO-Avisma korporasiyasına qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, Airbus-a Rusiya titanından istifadə etməyə icazə verib.
Valyuta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
"Airbus Kanada hökumətinin VSMPO-ya qarşı tətbiq etdiyi sanksiyalardan xəbərdardır və müvafiq sanksiyalara uyğun olaraq fəaliyyətini həyata keçirmək üçün lazımi icazələri alıb", - deyə şirkətin açıqlamasında bildirilir. Kanada hökumətinin nümayəndələri indiyə qədər bu mövzu ilə bağlı şərh verməkdən çəkiniblər.
Reuters-in qeyd etdiyi kimi, Kanada hakimiyyət orqanlarından alınan xüsusi icazə Airbus-a Airbus A220-nin qismən yığıldığı ölkədəki istehsal obyektlərindən istifadə etmək üçün daha çox sərbəstlik verir. Eyni zamanda, agentliyə müsahibə verən ekspertlərin fikrincə, bu təyyarə modeli Airbus A350 və Boeing 787-dən fərqli olaraq çoxlu titan elementləri tələb etmir. Reuters-in qeyd etdiyi kimi, VSMPO-Avisma-ya qarşı sanksiyalar xaricdə rus titanından istifadə edərək yığılmış təyyarələrin ixracı zamanı potensial problemlər yarada bilər. Bu cür hallar həmçinin səlahiyyətli orqanlardan xüsusi icazə tələb edə bilər.
Airbus əvvəllər dəfələrlə xəbərdarlıq etmişdi ki, Rusiya titanına qoyulan məhdudiyyətlər Qərb təyyarə sənayesinə ciddi zərbə vura bilər, Rusiya iqtisadiyyatına dəyəcək zərər isə cüzi olacaq.
Kanada hökumət dairələrindəki məlumatlı mənbə Reuters-ə deyib: "Öz sanksiyalarımız özümüzə ciddi ziyan vurmamalıdır".
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay