Reuters: Kanada Airbus-a Rusiya titanından istifadə etməyə icazə verdi
Türkmənistan ölkənin neft-qaz sektoruna xarici kapitalın cəlbini gücləndirməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, bunu Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov çərşənbə günü Parisdə açılan ölkənin neft-qaz sənayesinə investisiyaların cəlb edilməsi üzrə beynəlxalq forumun iştirakçılarına müraciətində deyib.
“Bu gün biz və xarici şirkətlər hasilat həcmini artırmaq üçün Xəzər dənizinin Türkmənistan hissəsində və quruda neft və qaz yataqlarının işlənməsini davam etdiririk. Xarici kapital cəlb edən bu tərəfdaşlıq hasilatın pay bölgüsü müqavilələri əsasında həyata keçirildiyinə görə hər iki tərəf üçün faydalıdır. Gələcəkdə biz bu cür əməkdaşlığın dinamikasını genişləndirmək və intensivləşdirmək niyyətindəyik”, - rəsmi "Neytral Türkmənistan" qəzeti dövlət başçısının sözlərindən sitat gətirib.
Berdiməhəmmədovun sözlərinə görə, neft-qaz sektorunun inkişafı üçün prioritet vəzifələrə ən böyük qaz yatağı olan “Qalkinış”ın işlənməsi və Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəmərinin tikintisi daxildir. Onların uğurlu həlli “yanacaq-energetika kompleksini əhəmiyyətli dərəcədə diversifikasiya etməyə və regional enerji təhlükəsizliyini dəstəkləməyə imkan verəcək”.
Qeyd edək ki, 24-25 aprel 2024-cü il tarixlərində Parisdə Türkmənistanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə beynəlxalq forum keçirilir. Tədbir “Türkmənqaz” və “Türkmənneft” dövlət konserni tərəfindən Britaniyanın “GaffneyCline” şirkəti ilə birgə təşkil olunub. Tədbir zamanı neft və qazın hasilatı, nəqli və emalı ilə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Forumda aparıcı milli və beynəlxalq enerji şirkətləri, o cümlədən ekspertlər iştirak edəcəklər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay