Saharadan gələn qum fırtınası Afina səmasını narıncıya çevirdi (VİDEO)
Şimal-qərb küləyi Saharadan Yunanıstanın cənubuna qum fırtınası gətirib. Afinanın səması narıncıya çevrilıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Potothema" məlumat yayıb.
Amerikanın NASA Aqua peykindən alınan görüntülər "Qırmızı Minerva" adı verilən Afrika tozunun sıx dalğasını yüksək dəqiqliklə göstərir. Bulud Şərqi Aralıq dənizini və əsasən Yunanıstanı bürüyüb. Bəzi şəhərlərdə temperatur 35°C-dən çox olub.
AccuWeather xidmətinin məlumatına görə, Yunanıstanın cənubunda havanın keyfiyyəti xeyli pisləşib: toz nəfəs almaqda çətinlik, öskürək və gözlərin qıcıqlanmasına səbəb ola bilər. Yunanıstan xəstəxanalarında tənəffüs yolları xəstəlikləri olan xəstələrin sayı artıb. Səhiyyə Nazirliyi yerli sakinlərə açıq havada fiziki fəaliyyətlə məşğul olmamağı tövsiyə edib.
Ötən gün Liviyanın şərqində Saharadan gələn güclü qum fırtınası səbəbindən hava hərəkəti dayandırılıb. Dövlət xidmətləri və təhsil müəssisələri də müvəqqəti bağlanıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay