Belarus dost olmayan ölkə vətəndaşlarına dividentlərin ödənilməsini məhdudlaşdırdı
Belarus hökuməti qeyri-dost ölkələrin vətəndaşları olan hüquqi şəxslərin sahiblərinə və səhmdarlarına mənfəət və dividendlərin ödənilməsini məhdudlaşdırıb.
Valyuta.az xəbər verir ki, Belarus Nazirlər Şurasının müvafiq qərarı Milli Hüquq İnternet Portalında dərc olunub.
Təqvim ili ərzində ödənilən mənfəətin və ya dividendlərin məbləği bütün xarici iştirakçılar və şirkətin əmlakının sahibləri üçün ümumilikdə 80 min əsas vahiddən çox olduqda mənfəət və dividendlərin ödənilməsinə məhdudiyyətlər tətbiq ediləcək (bir əsas vahid 40 Belarusiya rubluna və ya təxminən $12 bərabərdir).
Qətnaməyə əlavə edilən qeyri-dost ölkələr siyahısına ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, İsveçrə, Norveç, İslandiya, Lixtenşteyn, Monteneqro, Albaniya və Şimali Makedoniya daxildir.
Belarus Hökumətinin Fərmanı rəsmi dərc edildikdən dərhal sonra qüvvəyə minir və 31 dekabr 2025-ci il tarixinədək qüvvədədir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay