Türkiyə rusiyalılara hesab açmaqdan imtina ilə bağlı məlumatları təkzib etdi
Rusiya vətəndaşlarına Türkiyədə dövlət banklarında hesab açmaqdan imtina edilmir.
Vaqlyuta.az xəbər averir ki, bu barədə RİA Novosti banklardan birindəki mənbəyə istinadən xəbər verir .
Bundan əvvəl bir sıra Telegram kanallarında Rusiya vətəndaşlarına Türkiyədə bank hesabı açmaqdan kütləvi şəkildə imtina edildiyi barədə məlumatlar yayılıb. O cümlədən, Ziraat dövlət bankında mövcud hesabların bağlanması halları qeydə alınıb.
Mənbənin sözlərinə görə, ən azı Ankarada bank hesablarının açılmasından imtina ilə bağlı geniş yayılmış vəziyyət yoxdur. O qeyd edib ki, maliyyə təşkilatları ruslar üçün bank hesabları açmağa hazırdır. Mənbə əlavə edib ki, onların Türkiyədə işləmək hüququnu təsdiq edən sənədi, yaşayış icazəsi və bəzi hallarda depozitin olması kifayətdir.
Fevralın əvvəlində Türkiyə banklarının Rusiya hüquqi şəxslərinin hesablarını bağlamağa başladığı və Rusiyadan kart almaq niyyətində olan fiziki şəxslər üçün tələbləri artırdığı xəbəri yayılıb.
Türkiyənin “Ekonomim” qəzeti yazıb ki, Türkiyə Ticarət Nazirliyi Rusiyadan ödənişlə bağlı problem yaşayan şirkətlərin siyahısını hazırlayıb. Türk ixracatçıları bankların malların ödənişi üçün Rusiyadan pul köçürmələrini qəbul etməkdən imtina etməyə başlaması ilə üzləşiblər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay