Rusiya əleyhinə sanksiyalar nə qədər davam edəcək? - İqtisadçının təxmini
ABŞ və Avropa Birliyi, Ukrayna müharibəsi bitsə belə, Rusiyadan sanksiyaları qaldırmayacaq.
Valyuta.az xəbər verir ki, bu fikri “Gazeta.Ru”ya müsahibəsində “Synergy University” analitik mərkəzinin eksperti, iqtisad elmləri namizədi Yekaterina Fedyukoviç deyib.
“Bizi yeni Dəmir Pərdə gözləyə bilər, lakin biz tərəfdən deyil, Avropa və ABŞ-dan. Siyasi faktorlar həddindən artıq çoxdur. Fikrimcə, sanksiyalar uzun müddət bizimlə olacaq”, - iqtisadçı qeyd edib.
Onun sözlərinə görə, bu gün Rusiya tətbiq edilən sanksiyaların sayına görə çempion olub - Fedyukoviçin sözlərinə görə, bu, yəqin ki, hələ son hədd deyil. İqtisadçı Rusiyanın neft və qaz ixracının imkanlarını məhdudlaşdıran tədbirlərin daha da sərtləşə biləcəyini, lakin onların Moskvaya deyil, idxalçı ölkələrə tətbiq ediləcəyini ehtimal edib. Ekspert belə tədbirlərin artıq qüvvədə olduğunu açıqlayıb: Rusiya Federasiyasından ən böyük neft idxalçılarından biri olan Hindistan nəticələrindən ehtiyat edərək artıq bundan imtina edib.
Fedyukoviç vurğulayıb ki, Rusiya iqtisadiyyatı özünü hərbi sənaye üçün lazım olan bir sıra mallarla təmin etmək iqtidarında deyil. İqtisadçının fikrincə, qısa və orta perspektivdə praktiki olaraq sıfırdan lazımi istehsalı yenidən yaratmaq mümkün deyil, üstəlik, bu, texnoloji və iqtisadi cəhətdən də mümkün olmaya bilər. Ekspert qeyd edib ki, belə mallar sanksiyalardan yan keçməklə paralel idxalla ölkəyə gətirilir və hətta dost ölkələrdən də komponentlərin idxalının qarşısının alınması üçün tədbirlərin tətbiqi ehtimalı yüksəkdir. Fedyukoviç hətta Çin də daxil olmaqla “ağ” idxal sxemləri üzrə ödənişlərlə bağlı problemlərin artacağını istisna etməyib.
“Artıq Çin bankları vasitəsilə ödənişlərin gecikdirilməsi və ya imtina edilməsini görürük və daha çox problemlərin olacağını güman etmək olar. Risklər xeyli artır”, - iqtisadçı yekunlaşdırıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay